Rusiyanın ABŞ sanksiyalarından itirdiyi pul hesablanıb
ABŞ-ın sanksiyaları nəticəsində Rusiyanın yüz milyonlarla dollarlıq aktivləri bloklanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin hesabatında deyilir.
Sənəddə vurğulanır ki, 2017-ci ildən Tramp administrasiyası Rusiya ilə əlaqəli olan 215 vətəndaşa və təşkilatlara qarşı sanksiya tətbiq edib. Onlardan 136-sı Rusiya-Ukrayna münaqişəsinə aid sanksiyalara məruz qalıb.
Bildirilir ki, nəticədə yüz milyonlarla dollarlıq Rusiya aktivləri bloklanıb, sanksiyalara məruz qalan şəxslərin iqtisadi maraqları böyük zərər görüb.
Qeyd edək ki, aprel ayında “Reuters”in mənbələri rusiyalı oliqarx Viktor Vekselberqə məxsus “Renova” şirkətinin 1,5-2 milyard dollarlıq aktivlərinin ABŞ sanksiyalarına görə “dondurulduğu”nu bəyan ediblər.
Mənbə:> Oxu.Az