Bankda milyonlarla dollarlıq cinayət » AzNews.info -Xəbər portalı

Bankda milyonlarla dollarlıq cinayət

Bankda milyonlarla dollarlıq cinayət


Türkiyədə bir bank ölkənin tanınmış şəxslərini aldadaraq onlara 17,5 milyon dollar zərər verib.

ANS PRESS-in məlumatına görə, bank məşhur məşqçi Fatih Terim, onun həyat yoldaşı Fulya Terim, tanınmış müğənni Petek Dinçöz, onun keçmiş həyat yoldaşı Can Tanrıyar, jurnalist Hıncal Uluç, həmçinin İlham Gamgam, Mehmet Tahir Demirpence, Ümit Nalbantoğlu, Angelo Della Valle, Fabio Pierotti Cei kimi iş adamlarına qarşı saxtakarlıq edib.

Məlum olub ki, bank daha çox öz hesablarını müntəzəm olaraq yoxlamayan müştəriləri hədəf alıb. Həmin şəxslərin xəbəri olmadan onların bankdakı pulları ilə qeyri-qanuni əməliyyatlar, alqı-satqı həyata keçirib. Həmin əməliyyatlar üçün müştərilərin imzası lazım olanda isə "sənədlərdə imza çatışmır" deyərək onları aldadıb və imzaladıblar.

İndi həmin banka qarşı cinayət işi açılıb. 20 bank işçisinə 30 ildən 170 ilə qədər həbs cəzası tələb edilir. İddianamə İstanbul 8-ci Ağır Cəza Məhkəməsinə göndərilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *