Məşhurları elə formada aldadıb pul aldı ki ...
Türkiyədə məşhurları aldadan şəxs saxlanılıb.
ANS PRESS-in məlumatına görə, 36 yaşlı Məsut internetdə tanış olub, duyğusal münasibət qurduğu İzmirdə yaşayan 32 yaşlı linfa xəstəsinin adından istifadə edib insanları aldadıb.
O, rəfiqəsinin xəstəliyindən yararlanaraq aralarında Hülya Avşarla "Qalatasaray"ın keçmiş prezidenti Ünal Aysalın da olduğu bir çox adamı aldadaraq pulunu mənimsəmək iddiası ilə nəzarətə alınıb.
İzmir polisi linfa xərçəngi H.İ.-nin bir çox məşhura e-poçt və ya sosial media vasitəsilə dərman xərclərini ödəmək üçün pul istəməsi ilə bağlı məlumat alır.
Qızın bank hesablarını incələyən polis, bir çox məşhur sənətçi və siyasətçinin, iş adamının hesabından pul köçürüldüyünü görür.
Müstəntiq qızın ifadəsini alanda məlum olur ki, xərçəng xəstəsi baş veerənlərdən xəbərsizdir. Xəstə olduğunu etiraf edən qız, kimsədən yardım istəmədiyini dilə gətirib və bank kartını sevgilisi Məsuta verdiyini deyir.
Polis Mesutu internet kafelərin birinin önündə yaxalayır. Onun üzərində aparılan axtarışlarda bir neçə şəxsə aid bank kartı və hesab nömrələrinin yazıldığı kağızlar aşkarlanır. Sözügedən hesablar incələnərkən tanınmış şəxslərin bu hesaba pul köçürdüyü ortaya çıxıb.
Şübhəlinin məşhurlara göndərdiyi elektron məktublarda, "Linfa xərçəngiyəm, dərmanlarımı almağa pulum çatmır", "Zonquldakda bir kömür mədənində həm atamı, həm də böyük qardaşımı itirdim. Anam və kiçik qardaşımla birlikdə yaşayıram .İşsiz və çətin durumdayam. Ailəmə baxmaq üçün lütfən yardım edin", "Vətənə borcumu yerinə yetirirəm. Atamla böyük bacım avtomobil qəzasında öldülər, anamın bir qolu yoxdu. Əsgər olduğum üçün çətin vəziyyətdəyəm. Lütfən yardım edin!" kimi ürək ağrıdan mesajlar göndərdiyi sübuta yetirildi.
Məsut buna oxşar üsullarla 26 məşhuru aldatmağı bacarıb və 32 ödəmənin həyata keçirilməsinə nail olub.
Bir tərəfdən də bank hesabları istifadə edilən 3 nəfərin nə alınan yardımdan, nə baş verənlərdən xəbərlərinin olmadığı ortaya çıxıb. O, diqqət çəkməmək üçün 1000 TL-dən az yardım istəyirdi.
Mənbə:> ANSPRESS