Rusiyalı turist: "Gömrükçülərinizin niyə texniki avadanlıqları yoxdur ki..." - Sabiq deputatdan etiraz » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Rusiyalı turist: "Gömrükçülərinizin niyə texniki avadanlıqları yoxdur ki..." - Sabiq deputatdan etiraz

Rusiyalı turist: "Gömrükçülərinizin niyə texniki avadanlıqları yoxdur ki..." - Sabiq deputatdan etiraz


"Azərbaycandan geri qayıdan rusiyalılar şikayət edirlər ki, ölkənizin şanlı gömrükçülərinin niyə texniki avadanlıqları yoxdur ki, çantaları skan etsinlər?".

Mia.az bildirir ki, bunu sabiq deputat Nazim Bəydəmirli Feysbuk-dakı səhifəsində yazıb.

Keçmiş deputat bildirib ki, Gürcüstan gömrük sərhəddini keçəndə inspektor əlində olan mobil skanerlə avtomobilin salonunu, baqajı 15 saniyəyə yoxlaya bilir, ancaq bizimkilər avtomobilin baqajını sərnişinlərə boşaldırıb, 50 metr daşıtdırırlar: "Keçid zonasında tualetlər "it günündədir", tualetlərin hamısı antisanitariyadır. Camaatla kobud davranırlar, rus dilində söz soruşanlarla Azərbaycan dilində cavab verirlər. Sual verirlər ki, beynəlxalq sərhəddə dil bilməyən inspektorların nə işi var?!".

Nazim Bəydərmirlinin sözlərinə görə, SDK-ya çatmamış sonuncu yanacaqdoldurma məntəqəsindən sərhəddə qədər kafelərin önü zir-zibil, iy-qoxu, küçə heyvanları ilə doludur: "Rus soydaşımızdan soruşur: Budur sizin turizm cənnətiniz-ölkəniz?".

Mənbə: Mia.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *