Keçmiş deputat evakuasiya və parkomatları sərt tənqid etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Keçmiş deputat evakuasiya və parkomatları sərt tənqid etdi

Keçmiş deputat evakuasiya və parkomatları sərt tənqid etdi


Keçmiş millət vəkili Ceyhun Osmanlı özünün feysbuk statusunda Bakıdakı avtomobil parkinqlərini və evakuasiya xidmətini sərt tənqid edib. Avtosfer.az-ın məlumatına görə, deputat bildirib ki, parkinqlərdə qiymətlər bahadır. Bundan əlavə, əhali evinin yanında maşın saxlamağa da yer tapmır. Tapanda da evakuator maşını cərimə meydançasına aparır. Sabiq deputatın yazdıqlarını olduğu kimi təqdim edirik:

«Dünyada ən bahalı "parking" qiyməti olan yəqin 2 şəhər var. Nyu York və Bakı. Amma fərq ondadır ki, Nyu Yorkda 1 günə 25 dollar olan parkomat xərci Bakıda 1 dəqiqəyə cibdən çıxa bilər. Soruşa bilərsiniz ki, necə?

Cənab Prezident müşavirələrin birində bu sahədə islahatları tövsiyyə etdi. Ondan sonra şəhərə yeni parkomatlar gətirildi və təxminən 1 saata 50 qəpik ödəmək lazım idi. Həqiqətən də hər şey çox gözəl gedirdi. Amma bu yaxınlarda yenicə gətirilib quraşdırılmış parkomatlar yığışdırılmağa başlandı və bütün Bakı şəhərində yolun sağ və sol tərəfi sarı rənglə rəngləndi. Bir sözlə, şəhərin demək olar ki, heç bir yerində sağda və solda maşın saxlamaq olmaz. O yerdə ki, yeraltı və ya yerüstü dayanacaq var, bunu başa düşmək olar. Amma çox yerdə yoxdur axı. Həmin yerlərdə insanlar yaşayır, restoranlar, mağazalar, gözəllik salonları işləyir, amma maşın saxlamaq olmaz. Beləliklə, insanlar onsuz da həmin yerdə saxlayır və maşınları da ardıcıllaqla cərimə meydançasına aparılır. Buna görə 40 manat cərimə alınır. Təəccüblü də olsa, görürsən ki, maşının dayandığı yerdə taksi dayanıb və sürücü deyir ki, «gəl səni aparım cərimə meydançasına. 5 manat də taksiyə vermək lazım gəlir.
Belə halda sual olunur:

1. Yeni gətirilmiş parkomatlar yığışdırılacaqdısa, o zaman niyə gətirilirdi və niyə buna o qədər vəsait xərclənirdi?
2. O yerdə ki, yaşayış binaları var, amma rəsmi dayanacaq yoxdur, həmin binaların sakinləri maşınlarını harada saxlamalıdır?
3. Mağaza, restoran, gözəllik salonu və başqa obyektlərə vətəndaşlar gedə bilmirsə həmin obyektlər necə işləməlidir və necə vergi verməlidir?
4. Necə olur ki, vətəndaşa maşınını saxlamağa icazə verilmədiyi yerdə şəxsi maşınla taksi sürücüsü olan digər vətəndaşa "icazə verilir"?
5. 50 qəpiklik könüllü park yeri xidməti niyə məcburi 20 manatla əvəz olundu?
6. Cənab Prezidentin müşavirədə qeyd etdiyi parkomatlar haradadır? Niyə yığışdırıldı? Və ya yenisi nə zaman gətiriləcək?».

Ümid edirik ki, aidiyyatı orqanlar sürücülərlə sehirli evakuator oyununa son qoyub hər kəs üçün sərfəli qaydalar müəyyənləşdirəcək. Çünki sabiq millət vəkilinin qoyduğu suallar bu gün hələ də açıq qalır və həllini gözləyir…

Mənbə: Avtosfer.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *