Azərbaycanın qadın sahibkarları Həştərxanda » AzNews.info -Xəbər portalı

Azərbaycanın qadın sahibkarları Həştərxanda – FOTO

Azərbaycanın qadın sahibkarları Həştərxanda


Bakı Biznes Mərkəzində AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının birgə təşkilatçılığı ilə Rusiya Federasiyasının Həştərxan vilayətini təmsil edən nümayəndə heyyəti ilə “Qadın Sahibkarlığı: inkişaf perspektivləri və əməkdaşlıq” mövzusunda dəyirmi masa ətrafında müzakirələr aparılıb.
AzNews.info xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müzakirə zamanı təqdimatla çıxış edərək bildirib ki, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, dayanıqlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsi Azərbaycan Hökumətinin daim diqqətindədir. Qadınların işgüzar və intellektual potensialından səmərəli istifadə edilməsi, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı, orta təbəqənin daha da gücləndirilməsi kimi prioritet məqsədlərin reallaşması baxımından əhəmiyyətlidir. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir.
O qeyd edib ki, mürəkkəb ictimai-siyasi və ağır hərbi vəziyyəti fonunda ötən 26 ildə Azərbaycan müstəqil dövlət olaraq ciddi ishalatlar aparmış və bu gün dünyanın inkişaf etmiş nüfuzlu dövlətlərindən birinə çevrilmişdir: “Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir.”
Daha sonra Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə Həştərxan nümayəndə heyəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və Həştərxan vilayətinin “İşgüzar Qadınlar” Assosiyasiyasının sədri İrina İlyuxina imzalayıb.
Həştərxan Vilayət Dumasının deputatı, “İşgüzar Qadınlar” Assosiyasiyasının üzvü İrina Brıntseva təqdimatla çıxış edərək, təmsil etdiyi Həştərxan vilayəti tərəfindən həyata keçirilən tədbirlər, reallaşdırılan geniş layihələr haqqında məlumat verib. O qeyd edib ki, Həştərxan vilayətini Azərbaycan ilə sıx dostluq əlaqələri birləşdirir. Azərbaycanda ölkənin inkişafı üçün böyük işlər görülür. Sosial məsələlərə böyük diqqət ayrılır, Azərbaycanın bu təcrübəsini gələcək inkişaf üçün öyrənmək olar.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətləri haqqında məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda qadın sahibkarlara ölkə rəhbərliyi tərəfindən geniş dəstək edilir və biz sahibkarlar bu dəstəyi hər zaman hiss edirik. Səkinə Babayeva
AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, “Made in Azerbaijan” brendi altında bir çox tədbirlər keçiririk və bu tədbirlərdə sahibkar qadınlar fəal iştirak edirlər. Dövlətimiz tərəfindən qadın sahibkarlığın inkişafına yüksək qiymət verilir. Bu sahədə böyük islahatlar həyata keçirilir. Y.Abdullayev qeyd edib ki, iki ay bundan əvvəl Həştərxanda Azərbaycan Biznes Mərkəzi açılıb. Açılış çərçivəsində sərgi də təşkil edilib. Həmin sərgidə bir çox Azərbaycan şirkətlərinin məhsulları təqdim olunub.
Həştərxan vilayətinin “İşgüzar Qadınlar” Assosiyasiyasının sədri İrina İlyuxina təqdimatla çıxış edərək, həyata keçirilən tədbirlər, layihələr, əldə olunan müsbət nəticələr barədə məlumatları diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Mikromaliyyə Assosiyasiyasının icraçı direktoru Jalə Hacıyeva, Azərbaycanın 100 İşgüzar Qadınlar Klubunun sədri Tatyana Mikayılova, Salyan Resurs Mərkəzinin direktoru Sevda Quliyeva çıxış edərək, tədbirin məqsədindən danışıblar. Bildirilib ki, bu tədbirin məqsədi qadınlar arasında sahibkarlığın təşviqini təmin etməkdir. Qeyd edilib ki, son illər ölkəmizdə bu istiqamətdə aparılan siyasət uğurlu nəticələr verir. Prezident İlham Əliyevin imzaladığı sənədlər, qəbul etdiyi qərarlar sahibkarlığın inkişafına böyük dəstək verir. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının inkişafına müsbət təsir göstərir.
Tədbir müzakirələrlə davam edib.
Qeyd edək ki, xarici qonaqlar 25-29 iyul tarixlərində Azərbaycan Respublikasına rəsmi səfərdədir.


Azərbaycanın qadın sahibkarları Həştərxanda
Azərbaycanın qadın sahibkarları Həştərxanda
Azərbaycanın qadın sahibkarları Həştərxanda

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *