İlham Əliyev Cənub Qaz Dəhlizini açdı
Daha sonra səfir Erkan Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətini səsləndirib.
Virtualaz.org-un məlumatına görə, mərasimdə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin və BP Group Upstream-in baş icraçısı Bernard Luney çıxış ediblər.
Daha sonra “Şahdəniz 2” / Cənub Qafqaz Dəhlizi layihələri haqqında BP tərəfindən hazırlanmış videoçarx təqdim olunub.
Sonda Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin açılışını edib. O, kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salıb. Bununla da, Cənub Qaz Dəhlizində Trans Anadolu Boru Kəmərinə (TANAP) qaz vurulmasına başlanıb.
Mənbə:> Virtualaz.org