Karbamid zavodunun işə düşəcəyi tarix açıqlandı
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun tikintisi işləri 99,2 faiz başa çatıb. Bunu zavodun direktoru Xəyal Cəfərov deyib.
O qeyd edib ki, layihənin bu ilin dördüncü rübündə təhvil veriləcəyi gözlənilir.
Direktorun sözlərinə görə, avqust-sentyabr aylarında ilk köməkçi məhsul – ammiak istehsal olunacaq:
“Bundan sonra karbamid istehsalı üzrə bölmə işinə başlayacaq və “Made in Azerbaijan” brendi ilə ilk karbamid oktyabr-noyabr ayında əldə olunacaq”.
Mənbə:> Virtualaz.org