Bakının ömrü uzadan lampaları » AzNews.info -Xəbər portalı

Bakının ömrü uzadan lampaları

Bakının ömrü uzadan lampaları


“İndi Azərbaycanda ildə təxminən 20 milyard kilovatt saat elektrik enerjisi istehlak edilir. Əgər LED lampalara keçsək, bu rəqəmi 5-6 milyard kilovatt saat azalda bilərik”.

Bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin elmi-tədqiqatlar şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Rasim Cabbarov bildirir.

Alim sözlərini faktlarla əsaslandırmağa başlayır. Yəni ümumi enerji sərfinin 35%-i (təxminən 7 milyard kilovatt saat) işıqlandırmaya gedir və LED tipli lampalara keçid enerjiyə 80 faiz qənaət etməyə imkan yaradır ki, bu da 5,6 milyard kilovatt saat enerji deməkdir. Adını ingiliscə “Light Emitting Diode”, yəni işıq saçan diod sözlərindən götürmüş LED lampalar işıq diodu effekti əsasında işləyir. Yəni yarımkeçirici p-n keçiddən cərəyan keçərkən lampa işıq saçmağa başlayır.

İşıq diodu effekti 20-ci əsrin əvvəllərində kəşf edilsə də, praktiki tətbiqinə 1960-cı illərdən başlanılıb. Bu cür lampaların əsas üstünlüyü enerjiyə qənaət olsa da, əsas özəlliyi istehsalında heç bir zəhərli maddələrdən istifadə edilməməsidir. İşığa müəyyən qədər qənaət etməyə imkan verən lüminesent lampaların tərkibində isə insan orqanizmi üçün zəhərli civə var və bu, həmin lampaların utilizasiyası ilə bağlı problem yaradır.

Professor Sevda Abdullayevanın rəhbərliyi altında RYTN Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində də LED lampaların Azərbaycanda istehsalı üzrə tədqiqatlar aparılır. Mərkəzdə tədqiqatlar texnologiyanın yaradılması, prototiplərin istehsalı və sənayeyə keçid sxemi üzrə aparılır. Mərkəzdə yaradılmış laboratoriyada 25-ə yaxın adam işləyir və bu, ayda 1500-2000 ədəd lampa istehsalına imkan verir. Laboratoriyada hermetik zona üzrə müasir tələblərə tam riayət olunur və ANS PRESS əməkdaşı da zonaya daxil olmazdan əvvəl xüsusi kabinədə müəyyən prosedurlardan keçirildi.

Laboratoriyada işlənmiş LED lampa texnologiyası sənaye istehsalına keçirilərsə, əldə edilən məhsul yüz dəfələrlə artar və bu da minlərlə yeni iş yeri deməkdir. Bu lampaların tətbiqi, təkcə hər il indiki qiymətlərlə 300 milyon manatlıq elektrik enerjisinə qənaət etməyə imkan verər.

Rasim Cabbarovun sözlərinə görə, ilkin addım kimi şəhərin küçələrini işıqlandıran lampaları dəyişmək olar. “Biz küçə işıqlarının korpuslarına toxunmadan lampalarını dəyişməyə imkan verən texnologiya yaratmışıq. Bu işıqlara salınan lampaların gücü 400 vatta qədərdir, drosseli ilə birlikdə onların almağa xeyli xərc çəkilir. Bizsə, eyni işıqlandırmanı təmin etmək üçün 75 vattlıq lampalar təklif edirik. Enerjiyə qənaətlə yanaşı, LED lapmaların ömrü daha uzundur. Bir lampa ən azı 3 il işləyir, közərmə lampalarını isə bir neçə ayda bir dəyişmək lazım gəlir”,- deyə şöbə müdiri bildirir.

Laboratoriyada həmçinin karbon nanoborularının istehsalı üzərində də tədqiqatlar aparılır. Dəmirdən və misdən xeyli möhkəm olan karbon nanoborular 95%-dən yüksək təmizliyə malikdir. “Bu sahədə xeyli uğurlarımız var. Qalınlığı 2-5 nanometr arasında dəyişən, uzunluğu 1 millimetrə qədər çatan nanoborular əldə edə bilmişik”, - deyə Rasim Cabbarov vurğulayır.

Alimin sözlərinə görə, bu istiqamət də dünya elmində çox böyük perspektivi olan sahə sayılır: “Karbon nanoborular indi toxuculuq sənayesindən tutmuş, maşınqayırmaya və elektrotexnikaya qədər böyük sahələrdə tətbiq edilir. Təsəvvür edin, Amerika əsgərlərinin zirehli sipər qarışıq bütün geyiminin ağırlığını karbon nanoboruların hesabına 20 kiloqrama qədər endirmək mümkün olub. Karbon nanoborulardan istifadə etməklə plastması gövdə elementi kimi avtomobil sənayesində istifadə edirlər. Avtomobil yüngülləşir və bu, ona yüksək sürət əldə etməyə şərait yaradır. Həmçinin plastmasa karbon nanoborular vurmaqla onda keçiricilik yaratmaq mümkün olur, yəni plastmassı naqil kimi istifadə etmək mümkün olur. Bu cür perspektivli sənaye sahələri Azərbaycanda da mütləq yaradılmalıdır”.

Bakının ömrü uzadan lampaları
Bakının ömrü uzadan lampaları
Bakının ömrü uzadan lampaları
Bakının ömrü uzadan lampaları
Bakının ömrü uzadan lampaları
Bakının ömrü uzadan lampaları
Bakının ömrü uzadan lampaları
Bakının ömrü uzadan lampaları

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *