Sahibkarlar böyük ziyana düşdülər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Sahibkarlar böyük ziyana düşdülər

Sahibkarlar böyük ziyana düşdülər


Kazan şəhərində yerləşən “Admiral” ticarət mərkəzində ötən gün baş verən yanğın nəticəsində Azərbaycandan olan iş adamlarına böyük ziyan dəyib.

ANS PRESS-in məılumatına görə, ticarət mərkəzində açıldığı gündən işləyən 27 yaşlı azərbaycanlı gənc deyib ki, 3 mağazası və 6-7 milyon rubl dəyərində malı yanıb: "Demək olar, heç nəyi xilas edə bilmədik. Mallarımız sığortalanmışdı. Kazan elə bir şəhərdir ki, burda bütün bazarlar yanır, yəqin, yenə də yanacaq."

Adının açıqlanmasını istəməyən sahibkarın sözlərinə görə, qışda satışlar az olduğu üçün satıcılar yeni mövsüm malları almağa hazırlaşırdılar. Ümumilikdə ticarət mərkəzində 1200 sahibkar çalışıb. Çalışanlar arasında tatarlar, ruslar və azərbaycanlılar daha çox olub. İndi onların hamısı iş yerlərindən məhrum olublar.

Rüstəm adlı digər sahibkar hadisə zamanı canlarını bir təhər xilas etdiklərini bildirib: "Biz yanan binadan son anda çıxa bildik. Alov kafe olan istiqamətdən sürətlə yayılmağa başladı."

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *