“Amazon” dünyanın ən bahalı brendinə çevrildi » AzNews.info -Xəbər portalı

“Amazon” dünyanın ən bahalı brendinə çevrildi

“Amazon” dünyanın ən bahalı brendinə çevrildi


Onlayn alış-veriş nəhəngi olan “Amazon” dünyanın ən bahalı brendinə çevrilib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, “Amazon” “Brand Finance”ın 500 ən bahalı dünya brendinin reytinq cədvəlinə başçılıq edir.

“Amazon” “Brand Finance” reytinqindən “Apple” və “Google”u belə üstələyərək ən bahalı brendə çevrilib. Bu elektron ticarət brendinin dəyəri bir il ərzində 42% bahalaşaraq misli görülməmiş səviyyəyə - 150,8 milyard dollara çatıb. “Apple” siyahıda ikinci yerdə gəlir, bu brendin dəyəri ötən il 27%-lik geriləmədən sonra 146,3 milyard dollara qalxıb. Şirkətin gələcəyi ilə bağlı proqnozlar heç də ürəkaçan deyil. “Google” isə əvvəlki illərlə müqayisədə birinciliyi əldən verib və cari reytinq cədvəlində ilk üçlüyü tamamlayır. Artım tempinin zəifləməsi hesabına brendin dəyəri yalnız 10% artaraq 120.9 milyard dollara çatıb”, - deyə jurnalın araşdırmasında bildirilir.

Reytinq cədvəlinin ilk onluğuna “Samsung”, “Facebook”, AT&T, “Microsoft”, ABŞ telekomunikasiya şirkəti “Verizon”, ABŞ pərakəndə satış şəbəkəsi “Walmart” və Çin bankı ICBC yer alır.

İlk onluğun bütün iştirakçıları əvvəlki illərin analoji siyahılarında müxtəlif yerlərdə qərarlaşmışdı.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *