Dünyanın ən bahalı brendləri » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Dünyanın ən bahalı brendləri – SİYAHI

Dünyanın ən bahalı brendləri


ABŞ-ın “Apple” şirkəti dünyanın ən bahalı brendləri siyahısında növbəti dəfə liderliyini saxlayıb.

Oxu.Az xəbər verir ki, “Forbes” nəşrinin hazırladığı reytinqə əsasən, şirkət 154,1 milyard dollar dəyərində qiymətləndirilib.

Qeyd olunur ki, şirkətin gəlirlərinin aşağı düşməsinə baxmayaraq “Apple” yüksək texnologiya sənayesində liderliyini saxlaya bilib.

Korporasiya ən yaxın izləyicisi “Google” şirkətini xeyli geridə qoyub, baxmayaraq ki, “Google” son ildə əhəmiyyətli artım göstərib. “Google” brendi 82,5 milyard dollar məbləğində qiymətləndirilib.

“Microsoft” şirkəti üçüncü (75, 2 milyard dollar), “Coca-Cola” dördüncü (58,5 milyard dollar), “Facebook” isə beşinci yerdə (52,6 milyard dollar) qərarlaşıb. İlk onluğa həmçinin Toyota, IBM, Disney, McDonald’s və General Electric şirkətləri daxil olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *