Bu ili necə yola salırıq? - çökən banklar, oğurlanan milyardlar, öləziyən sahibkarlıq və... » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bu ili necə yola salırıq? - çökən banklar, oğurlanan milyardlar, öləziyən sahibkarlıq və...

Bu ili necə yola salırıq? - çökən banklar, oğurlanan milyardlar, öləziyən sahibkarlıq və...


Bu ili necə yola salırıq?Növbəti il üçün büdcədə proqnozlaşdırılan artımın 96,8 faizi neft gəlirlərinin hesabına təmin ediləcək

Palitika.Az-ın İqtisadiyyat şöbəsinin yaydığı xəbərə görə, neft gəlirləri iqtisadi artımda, büdcə artımında aparıcı rola mailkdir.

Bu illər ərzində bizim hazırkı kursu dəyişmək imkanlarımız çox olub. Təəssüf ki, ondan lazımı qədər faydalana bilmədik.

2014-cü ildə bazar qiymətləri ilə Ümumi Daxili Məhsul (ÜDM) 75 milyard 239 milyon dollar olub, ötən il bu göstərici ondan 2 dəfə az, 37 milyard 847 milyon dollar təşkil edib.

Eyni zamanda, son 3 ildə əhalinin sayında da 200 min nəfərədək atrım qeydə alınıb. Beləliklə də, əgər 2014-cü ildə adambaşına milli gəlir 7920 dollar təşkil edirdisə, 2016-cı ildə müvafiq göstərici 2 dəfədən də çox, 3901 dollaradək azalıb.

Proqnoz hesablamaları göstərir ki, biz indi sürətlə 2014-cü il səviyyəsinə ən yaxşı halda 10 ildən sonra 2024-cü ildə çata biləcəyik.

Növbəti iln büdcəsinin gəlirlərində neft sektorundan birbaşa daxilolmalar 55 faizdən çoxdur, dolayı mənbələrdən gələn vəsaitləri də nəzərə alsaq, onda büdcəyə gələn hər 3 manatdan 2 manatı neft sektoru ilə əlaqəlidir.

Növbəti ilin büdcəsinin gəlirlərinin artımının 96,8 faizini dövlət Neft Fondunun transferlərinin çoxaldılması hesabına təmin ediləcək.

Qiymətlər aşağı olacağı təqdirdə neft pullarının bu sürətlə xərcləsək, yəqin ki, onda Fondda mövcud vəsaitlər 2030-cu ilədək tükənə bilər.

Azərbaycanda kiçik və orta sahibkarlıq son illərdə obyektiv (manatın devalvasiyası) və subyektiv (rüşvətxorluqla müşahidə olunan haqsız müdaxilələr, yersiz yoxlamalar) səbəblərdən çox zəifləyib.

Bu sektor inhisarçılıqdan, bazarda haqsız rəqabətdən çox əziyyət çəkib və hələ də çəkir. Dövlətin bütün qərarları rəqabətin dəstəklənməsinə yönəldilməlidir.

Palitika.Az-ın İqtisadiyyat şöbəsinin yaydığı xəbərə görə, gələn ilin büdcəsindən transferlər, dotasiya və subsidiyaların birlikdə həcmi 1 milyard manata yaxın, xarici borclara xidmət xərcləri isə 2,2 milyard manatdan çox vəsaitin ayrılması proqnozlaşdırılıb. Bax bu 3 milyarddan çox vəsait itkidir.

Hər il davamlı olaraq həmin xərclərin dövlət şirkətlərinin əvəzinə vergi ödəyiciləri tərəfindən ödənilməsinə son qoymaq üçün üçüncü özəlləşdirməyə start verilməlidir. Beynəxlalq Bank vaxtında özəlləşdirilsəydi, orda milyardlarla oğurluq olmazdı. Azərbaycada banklar həm daxildə, həm də xaricdə etibarlılığını itiriblər.

Beynəxalq Bankdakı oğurluqlar Azərbaycan banklarının nüfuzuna xaricdə, devalvasiya nəticəsində valyuta ilə olan kreditlərə görə əlavə xərclərin müştərilərin hesabına ödənilməsi də Azərbaycan banklarının nüfuzuna daxildə böyük zərbə oldu.

Banklar hələ də böhrandan çıxa bilmirlər. Onların bəziləri buna səy göstərsə də, ümumi iqtisadi vəziyyət və müştərilərin inamsızlığı problemin həllini çətinləşdirir.

Yola saldığımız il üçün iqtisadiyyatın sektorları arasında daha çətin durum maliyyə-sığorta və bank kredit bölməsində müşahidə olunur.

Ötən il 11 bankın bağlanması bank sektorunun böhrandan çıxara bilmədi. Onların hər 3-dən biri hələ də ziyanla işləyir. 2017-ci ilin 9 ayında 12 bank zərərlə işləyib.

Son 1 il 9 ayın ən çox ziyan Accessbankda (127,5 milyon manat), Bank of Bakuda (69,6 milyon manat), Unibankda (39,2 milyon manat), Bank Respublikada (37 milyon manat), AGbankda (24,2 milyon manat) və Dəmirbankda (20,3 milyon manat) qeydə alınıb. ABB ətarında baş verənlərə gəlincə, o yalnız siyasi və iqtisadi deyil, daha çox idarəetmə məsələsidir.

Növbəti ilin büdcəsində təsnifatı verilməyən, şəffaflıq və hesabatlılığı aşağı olan tikinti, müdafiə, əsas bölməyə aid edilməyən sair xərclərin birlikdə payı 60 faizdən çox olacaq ki, bu da büdcə xərcləmələrində mövcud olan korrupsiyanın daha da genişlənməsinə gətirib çıxaracaq.

Eyni zamanda, dövlət büdcəsindən gizli subsidiyaların və cari transferlərin birlikdə payının 1 milyard manata qədər artırılması da korrupsiyanın inkişafına xidmət edən neqativ dəyişikliklərdən hesab oluna bilər.

Mənbə: Palitika.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *