Azərbaycanda taksi xidmətlərinin qiymətləri 18% artacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda taksi xidmətlərinin qiymətləri 18% artacaq

Azərbaycanda taksi xidmətlərinin qiymətləri 18% artacaq

Banklar dekabrın 1-dən etibarən xarici taksi şirkətlərinə kartla ödəniş zamanı 18% əlavə dəyər vergisi tətbiq edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "Xalq Bank"dan məlumat verilib.

Bank nümayəndəsinin sözlərinə görə, 18% əlavə dəyər vergisinin tətbiqi ilə bağlı bankdan müştərilərinə mesaj göndərilir.

Bu yalnız "Xalq Bank"a deyil, digər banklara da aiddir. 18% əlavə dəyər vergisi Azərbaycanda fəaliyyət göstərən xarici taksi xidmətlərinə şamil edilir.

Mesajda bildirilir ki, ölkə daxilində xarici taksi xidmətlərinə (Uber, Taxify və s.) kartla ödəniş zamanı 18% ƏDV tətbiq ediləcək.

Qeyd edək ki, digər banklarda da bu yöndə müzakirələr gedir. Məsələ ilə bağlı müraciət etdiyimiz "AG Bank"dan bildirildi ki, hazırda bu yöndə hər hansı qərar yoxdur. Lakin müzakirələrin aparıldığı istisna edilmədi.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *