“DəmirBank” Sumqayıt filialının yeni ofisi açılıb
“DəmirBank” Sumqayıt filialının yeni ofisi açılıb.
Bankdan AZƏRTAC-a bildirilib ki, Sumqayıt şəhərinin C.Məmmədquluzadə küçəsi 7 ünvanında yerləşən filialda müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlər göstəriləcək.
Hazırda “DəmirBank”ın 33 filialı fəaliyyət göstərir.
Mənbə:> AzərTAc