ABŞ-da neft hasilatı tarixi rekord həddə çatıb
ABŞ-da neft hasilatı 28 oktyabr-3 noyabr tarixlərində 67 min barel/gün və ya 0,7% artaraq 9,62 mln. barel/günə çataraq tarixi rekord səviyyəyə yüksəlib.
Bu məlumat ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Administrasiyası tərəfindən yayılıb. Xatırladaq ki, bundan əvvəlki rekord səviyyə 2015-ci ildə qeydə alınıb və 9,61 mln.barel/gün təşkil edib.
Hesabat həftəsində ABŞ-da neft ehtiyatları da 2,24 mln. barel və ya 0,5% artaraq 457,14 mln. barelə çatıb. Analitiklər ehtiyatların 2,8 mln. barel/gün azalacağını proqnozlaşdırırdılar.
Bununla yanaşı, oktyabr ayında Çinin neft idxalının orta gündəlik həcminin sentyabr ayı ilə müqayisədə 1,7 mln. barel/gün və ya 19%-ə yaxın azalaraq 7,3 mln. barel/günə gerilədiyi bildirilir. Bu məlumatı Çin Baş Gömrük İdarəsi yayıb.
Mənbə:> virtualaz.org