NASA: Marsa insan göndərmək üçün pulumuz yoxdur
NASA-nın hazırki maliyyələşmə səviyyəsində agentliyin Marsa insan göndərməsi proqramı çətin ki, təyin edilən vaxtda – iyirmi birinci əsrin otuzuncu illərinin ortalarına həyata keçirilsin.
Oxu.Az-ın xəbərinə görə, bu barədə bu barədə NASA-nın pilotlaşdırma proqramları üzrə departamentinin rəhbəri Bill Qerstenmayer deyib.
O bildirib ki, ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin “Qırmızı planetə” missiya göndərmək üçün sadəcə pulu yoxdur.
“Bizim büdcə ilə bağlı ciddi problemlərimiz var”, - NASA nümayəndəsi deyib.
Qerstenmayer qeyd edib ki, büdcənin əsas hissəsi SLS raketi və “Orion” kosmik aparatına sərf edilib, bu səbəbdən NASA-nın Marsın səthinə enmək üçün aparatın hazırlanmasına lazımi vəsaiti qalmayıb.
Mənbə:> Oxu.Az