Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Mərkəzi Bankın valyuta ehtiyatları bu ilin 30.06.2017 tarixinə 4 964,1 mln. dollar təşkil edib.
Oxu.Az banka istinadən xəbər verir ki, may ayının sonuna bu rəqəm 4825.4 mln. dollar olub. Bu da iyun ayında valyuta ehtiyatlarının may ayına nisbətdə 138,7 mln. dollar artması deməkdir.
Qeyd edək ki, ilin əvvəlində valyuta ehtiyatlarının həcmi 3974.4 mln. dollar olub.
Mənbə:> Oxu.Az