Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının həcmi 2016-cı il oktyabrın 1-nə 4 milyard 132,7 milyon dollar təşkil edib.
Bu barədə Aznews.info AMB-yə istinadən xəbər verir.
Bu, sentyabrın 1-i ilə müqayisədə 59,8 milyon dollar və yaxud 1,43% azdır. Son bir ildə qurumun valyuta ehtiyatları 2 milyard 882 milyon dollar və yaxud 41,09%, ilin əvvəlinə nisbətən isə 884 milyon dollar və yaxud 17,62% azalıb.
Mənbə:> Cbar.az