Mərkəzi Bankın valyuta ehtiyatları artacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Mərkəzi Bankın valyuta ehtiyatları artacaq – PROQNOZ

Mərkəzi Bankın valyuta ehtiyatları artacaq


Beynəlxalq Valyuta Fondu hesab edir ki, cari ildə isə valyuta ehtiyatlarının həcmi azalmaqda davam edəcək.

Beynəlxalq Valyuta Fondu (BVF) 2016-cı ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının 17,9% azalmasını və cari ildə bu tendensiyanın davam edəcəyini proqnozlaşdırır.

Bu barədə Oxu.Az İnterfaks-a istinadən xəbər verir.

“2015-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 5,017 milyard dollar təşkil edib və ötən il ərzində 2,7 dəfə azalıb.

2017-ci ildən Mərkəzi Bankın valyuta ehtiyatlarının artımı başlayacaq. Orta müddətli perspektivdə bu artımın illik 0,5 milyard dollar təşkil edəcək.

2018-ci ilədək AMB-nin ehtiyatları 4,617 milyard, 2019-cu ilə qədər 5,117 milyard, 2020-ci ilə qədər 5,617 milyard, 2021-ci ilədək isə 6,117 milyard dollara çatacaq”, - deyə Fond qeyd edib.

Xatırladaq ki, avqustun yekunlarına görə, Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 4 milyard 192,5 milyon dollar təşkil edib və bu isə 8 ay ərzində 16,4% azalma deməkdir.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *