Azərbaycan valyuta ehtiyatlarının azalmasına görə ikincidir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycan valyuta ehtiyatlarının azalmasına görə ikincidir

Azərbaycan valyuta ehtiyatlarının azalmasına görə ikincidir

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Qazaxıstanın “Kursiv” qəzeti məlumat yayıb.
“Kursiv Research” analitik qrupunun təhlilində deyilir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci ilin yanvar-sentyabr ayları ərzində öz qızıl-valyuta ehtiyatlarının 6,74 milyard dollarından istifadə edib. Bu da ümumi ehtiyatların 49,01 faizi deməkdir: “Ölkəniz qızıl-valyuta ehtiyatlarının azalması neftin ucuzlaşması ilə bağlıdır. AMB manatın dollara nisbətdə əlverişli məzənnəsini qoruyub saxlamaq üçün valyuta bazarına müdaxilə edib, bu zaman ehtiyatlarından istifadə etməli olub”.

Məqalədə deyilir ki, Azərbaycanın qızıl-valyuta ehtiyatlarının sürətlə azalması prosesi cari ilin III rübündə dayandırılıb. Sentyabrın sonuna olan məlumata görə, AMB-nin sərəncamında olan qızıl-valyuta ehtiyatlarının həcmi 7014,7 milyon dollar təşkil edir. Ölkənin strateji valyuta ehtiyatlarının həcmi isə 42 milyard dollardan artıqdır.

O da bildirilir ki, MDB ölkələri arasında qızıl-valyuta ehtiyatlarının həcminə görə birinci yeri Rusiya tutur - 371,27 milyard dollar. Daha sonra 27,39 milyard dollarla Qazaxıstan gəlir. Ukraynanın 12,77 milyard dolları var. Qırğızıstan 1,7, Moldova isə 1,77 milyard dollarla sonuncu yerləri tuturlar.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *