Azərbaycandan xaricə turlar bahalaşıb
Cari ilin may ayında ölkədən kənara istirahət turları 4,5% bahalaşıb, daxili turların qiymətləri isə sabit qalıb.
AzNews.info-nun məlumatına görə, bu barədə Report Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xaricə turların qiymətlərində yanvarda 0,1% artım, fevralda 2,5% azalma, martda 5,9% artım və apreldə 11,7% azalma qeydə alınıb. Ölkə daxilində turlar isə yanvarda 1,3% bahalaşsa da, daha sonra qiymətlər sabit qalıb.
Rəsmi statistikaya əsasən, cari ilin may ayında xaricə istirahət turlarının orta aylıq qiyməti 470,89 manat, ölkədaxili turların qiymətləri 296,71 manat təşkil edib.
Mənbə:> Report