Komitə: Noyabrda Azərbaycanda qiymətlər 0,4% bahalaşıb
İstehlak bazarında ərzaq məhsullarının qiymətləri bu ilin noyabr ayında 0,9% artıb.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyri-ərzaq məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib.
Ümumilikdə, istehlak məhsulları və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,4% yüksəlib.
Ay ərzində düyü, un, toyuq əti, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağları, üzüm, xiyar, pomidor, badımcan, bibər, lobya, kartof, soğan, sarımsağın qiymətlərində bahalaşma, qarabaşaq yarması, mal və qoyun əti, limon, portağal, naringi, alma, heyva, banan, xurma, kələm, göyərti, balqabaq, çuğundur, yerkökünün qiymətində isə ucuzlaşma müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Qeyd edək ki, oktyabrda istehlak məhsulları və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri sentyabrla müqayisədə 0,1% artıb.
Mənbə:> Oxu.Az