Komitə: Azərbaycanda qiymətlər 0,3% bahalaşıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Komitə: Azərbaycanda qiymətlər 0,3% bahalaşıb

Komitə: Azərbaycanda qiymətlər 0,3% bahalaşıb


Bu ilin sentyabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,6%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1% bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,3% bahalaşıb.

“Ay ərzində düyü, qarabaşaq yarması, makaron məmulatları, şəkər və şəkər tozu, mal və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağları, limon, banan, pomidor, badımcan, göy lobya, çuğundur, kökün, kartof, baş soğan, sarımsaq, mineral sular və sərinləşdirici içkilər, spirtli içkilərin qiymətlərində bahalaşma, alma, armud, şaftalı, qarpız, yemiş, üzüm, qoz, fındıq, şabalıd, kələm, xiyar, balqabaq, şirin bibərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib” - deyə, komitədən qeyd edilib.

Bundan başqa, komitədən bildirilib ki, sentyabr ayında qeyri-ərzaq məhsullarından parçalar, inşaat materialları, dərmanların qiymətlərində ucuzlaşma, geyimin, minik avtomobilləri üçün ehtiyat hissələri, məişət cihazları, mebel və ev əşyaları, dəftərxana ləvazimatlarının qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *