Azərbaycanda buğdanın qiyməti bahalaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycanda buğdanın qiyməti bahalaşdı

Azərbaycanda buğdanın qiyməti bahalaşdı


May ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlk aylamüqayisədə2,4%, o cümlədən birillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının uyğun olaraq 5,4 və 0,7% ucuzlaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,6% bahalaşıb. Balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 0,8% ucuzlaşıb.

Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Birillik bitkilərdən lobya dəninin, baş kələmin, xiyarın, pomidorun, baş soğanın, quru otun istehsalçı qiyməti ucuzlaşmış, buğdanın, arpa dəninin istehsalçı qiyməti isə bahalaşıb.

Çoxillik bitkilərdən limonun, şabalıdın, fındığın istehsalçı qiyməti bahalaşıb, gül və tərəvəz şitilinin istehsalçı qiyməti isə ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun və keçilərin qırxılmış yuyulmamış yununun, südün, yumurtanın, diri qoyun və keçilərin istehsalçı qiyməti ucuzlaşıb, mal, qoyun və donuz ətinin (diri çəkidə), diri ev quşlarının, quş ətinin (diri çəkidə) istehsalçı qiyməti isə bahalaşıb.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *