Dollar mühüm valyutalar qarşısında ucuzlaşır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Dollar mühüm valyutalar qarşısında ucuzlaşır

Dollar mühüm valyutalar qarşısında ucuzlaşır


Avro dollar qarşısında ötən cümə günü açıqlanan ABŞ-ın zəif iqtisadi göstəriciləri ilə əlaqədar ucuzlaşır.

ABŞ Federal Ehtiyat Sisteminin (FES) gələn ay keçiriləcək iclasında faiz artıracağı ehtimalının məzənnədə böyük ölçüdə əks olunması və ABŞ göstəricilərinin məyus etməsilə, Avropanın ortaq valyutasının dollar qarşısında bu həftə 1,1023 səviyyəsinə çıxa biləcəyi qeyd olunur.

AzNews.info “Marja”ya istinadən xəbər verir ki, FES-in iyunda 25% bəndi faiz artıracağı ehtimalı 70%-dən yüksəkdir. Artıq bu ehtimal bazar üçün sürpriz deyil.

Bazar Avropa Mərkəzi Bankının (AMB) təşviq siyasətindən çıxışının zaman və tərzini də müzakirə edir. Avronun bahalaşmasına belə müzakirələrin artması da təsir göstərir.

Saat 09:00-a olan məlumata görə, avro/dollar məzənnəsi 0,2% artaraq 1,0994 səviyyəsinə çatıb (dollar ucuzlaşıb, avro bahalaşıb). Dünən məzənə 0,6% artmışdı.

ABŞ valyutasının 10 əhəmiyyətli pul qarşısındakı gedişini göstərən “Bloomberg Dollar Spot İndeksi” 0,1% düşüb və enişi beşinci günə çatıb.

Yen dollar qarşısında 0,3% yüksələrək 113,46 səviyyəsinə çıxıb. Cənubi Koreya vonu 0,4% dəyər qazanaraq 4 apreldən bu yana ən yüksək səviyyəsinə çıxıb, Meksika pesosu 0,3% yüksəlib.

Mənbə: Marja.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #2
  • 20 may 2017 09:12
  • Yazan: egala
Le collezioni della manifattura di Alta Orologeria rolex replica tedesca sono così ricche di varianti che ciascuna propone più di un imitazioni orologi da regalare a San Valentino 2017, e non solo.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *