FED-in sədr müavininin açıqlamaları dolları bahalaşdırıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

FED-in sədr müavininin açıqlamaları dolları bahalaşdırıb

FED-in sədr müavininin açıqlamaları dolları bahalaşdırıb


Dollar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbərinin sədr müavini Stenli Fişerin Cannet Yellen dünənki açıqlamasında sentyabrda faiz artımına “açıq qapı” buraxdığını dedikdən sonra bahalaşıb.

Oxu.Az bu barədə Bloomberg-ə istinadən xəbər verir.

Yellenin açıqlamasından öncə dekabrda FED-in uçot faiz dərəcəsini artırması ilə bağlı 55% ehtimal var idisə, çıxışdan sonra bu rəqəm 62%-ə qalxıb. Bundan sonra isə dollar bir çox valyutalar qarşısında dəyər qazanıb.

FED-in sədr müavini S.Fişer CBNC-ə müsahibəsində bildirib ki, sentyabrda uçot faiz dərəcəsinin artırılması ehtimalı var. ABŞ valyutası Yellenin Mərkəzi Bankın faizləri mərhələli olaraq artıracağına işarət etməsindən sonra düşmüşdü.

Dollar 0,5% dəyər qazanaraq avro başına 1,1224 səviyyəsinə gəlib. Yen qarşısında isə 0,9% artışla 101,39 səviyyəsinə çatıb.

Analitiklər isə bildirir ki, C.Yellenin dünənki açıqlamaları daha çox uzunmüddətli perspektivi əhatə etdiyindən dollar digər valyutalar qarşısında ucuzlaşırdı, bu gün isə sədr müavinin açıqlamaları dolları əksinə bahalaşdırır.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *