Mərkəzi Bankın ehtiyatlarından 101 milyon dollar oğurlayıblar, sədr istefa verir
Banqladeş Mərkəzi Bankının sədri "kiber oğurluq"dan sonra istefaya hazırdır
Hakerlər Banqladeş Mərkəzi Bankındakı milli valyuta ehtiyatlarından təxminən 101 milyon dollar oğurlayıblar. Bundan sonra Bankın sədri Atiur Rəhman ilə maliyyə naziri aralarında gərginlik yaranıb. Atiur Rəhman istefa etməyi təklif edib.
Atiur Rəhman, jurnalistlərə istefa məktubunun hazır olduğunu və addım atmadan əvvəl Baş nazir Sheikh Hasina ilə görüşmək istədiyini bildirib.
Atiur Rəhman, Bloomberg-ə verdiyi müsahibədə, "Əgər bu mənim səhvimdirsə, mənə qarşı ya da Banqladeş Mərkəzi Bankına qarşı lazım olanı edə bilərlər. Amma məni xalqın içində təhqir edə bilməzlər" deyib.
Mənbə:> Marja.az