Rusiyada dollar və avro bahalaşır
Analitiklər bildirir ki, rublun ucuzlaşması bütün həftə boyu davam edəcək.
Neftin qiymətlərinin aşağı enməsi nəticəsində Rusiyanın milli pul vahidi olan rubl dollar və avro qarşısında ucuzlaşır.
Oxu.Az xəbər verir ki, dollar/rubl 67, avro/rubl isə 75-ə qalxıb.
Moskva birjası (MICEX) indeksi də günün ilk yarısında 0,19% dəyər itirərək 1,943-ə, RTS indeksi isə 0,75% azalaraq 915,57-ə düşüb.
Analitiklər isə bildirir ki, neftin qiymətinin enməsi bazara psixoloji təsir edir və bu səbəbdən də milli valyutada enmə bütün həftə boyu davam edəcək.
Rublun məzənnəsinin enməsi Azərbaycanda da müşahidə edilir.
Belə ki, əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,8% ucuzlaşaraq 0,0238 manat səviyyəsinə enib.
Mənbə:> Oxu.az