Rubl da çökdü
Rusiyada rublun ABŞ dollarına olan kursu tarixi "rekord" vuraraq ən aşağı səviyyəyə düşüb.
Milli.Az Rusiya Mərkəzi Bankının saytına istinadən bildirir ki, 1 ABŞ dolları hazırda 71 rubldur.
Avro da rubla nisbətən bahalaşıb və kurs 1 avro: 78,23 rubla çatıb.
Rusiyada rublun dollara olan kursu 1998-ci ildə keçirilmiş denominasiyadan üzübəri belə aşağı səviyyədə olmamışdı.
Ötən "qara rekord" bu ilin avqust ayında qeydə alınmışdı. Onda 1 dollar 70,75 rubl idi.
Mənbə:> Milli.az