Rubl rekord səviyyədə düşdü » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Rubl rekord səviyyədə düşdü

Rubl rekord səviyyədə düşdü

Moskva birjasında dolların məzənnəsi 1,82 rubl bahalaşaraq 60 rublda qərarlaşıb.

Geosiyasi faktorların neqativ təsirləri və Rusiyada iqtisadi artımın pessimistlik doğuran nəticələri neftin aşağı qiymətləri ilə birgə əhval-ruhiyyəyə təzyiq göstərməkdə davam edir.

Bununla belə, yaxın günlərdə Moskvaya qarşı sanksiyaların zəifləməsi və ya iqtisadi artım gözlənilmir. Neft ixrac edən ölkələr hasilatı azaltmaq barədə razılığa gələ bilmədiyindən bu sahədə də vəziyyətin dəyişəcəyi ehtimalı azdır. Yay aylarında barrelin qiyməti 112 dollar olan Brent markalı neft hazırda təxminən 64 dollara satılır.

Ekspertlərin fikrincə, rublun hazırkı ucuzlaşması, həmçinin ölkədən kapital axını və xarici borcun ödənilməsi ilə də əlaqədardır.

Mənbə: ANS PRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *