Rubl düşməkdə davam edir
Avqustun 6-da rus rublu avro və dollara nisbətdə düşməkdə davam edib.
ANS PRESS-in məlumatına görə, rubl bu ilin əvvəlindən ən aşağı həddə düşüb. 1 avro 70 rubldan da artıqdır, dollar isə 64.4 rubl olub.
Rublun düşməsi Rusiya iqtisadiyyatında böhranla bağlıdır. Ukrayna böhranına görə Qərbin sanksiyaları tətbiq olunandan ölkə iqtisadiyyatı geriləyib.
Rusiya rəsmiləri bu il ölkə iqtisadiyyatının 2.8 faiz zəifləyəcəyini bildirir. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Qərbin sanksiyaları Rusiya ÜDM-sində 9 faizlik düşməyə gətirə bilər.
Mənbə:> ANSPRESS