Valyuta hərracından sonra banklarda dolların qiyməti » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Valyuta hərracından sonra banklarda dolların qiyməti

Valyuta hərracından sonra banklarda dolların qiyməti

Bu gün Mərkəzi Bank və Dövlət Neft Fondu tərəfindən keçirilmiş valyuta hərracında dolların 1,7025 manat səviyyəsində stabil qalmağına baxmayaraq, bəzi banklarda dolların məzənnəsinin bir qədər də artdığı müşahidə olunur.
AzNews.info Fins.az-a istinadən xəbər verir ki, hazırda dolların ən sərfəli alış məzənnəsi “Turanbank”dadır - 1,6850 manat; ən sərfəli satış məzənnəsi isə “Amrahbank”, “Günaybank” və yenə də “Turanbank”dadır - 1,6950 manat.

Belə ki, səhər saatları ilə müqayisədə “Bank Respublika” ABŞ valyutasının alış qiymətini 2 qəpik, satış - 0,5 qəpik bahalaşdırıb: alışı 1,6300 manatdan 1,6500 manatadək, satışı 1,7050 manatdan 1,7100 manatadək.

“Ziraat Bank Azərbaycan” dolların alış məzənnəsini 3,5 qəpik bahalaşdırıb - 1,6400 manatdan 1,6750 manatadək. “NBC Bank”, həmçinin alış kursunu bahalaşdırıb - 1,6750 manatdan 1,6800 manatadək.

“Turanbank” isə alışı 1 qəpik bahalaşdırıb, satışı 0,5 qəpik ucuzlaşdırıb: alışı - 1,6750 manatdan 1,6850 manatadək; satışı 1,7000 manatdan 1,6950 manatadək.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *