Bəzi banklar dolları bahalaşdırdı
Bu gün Azərbaycanın bir çox banklarında dolların satış və alış qiymətinin bahalaşması müşahidə olunur.
Fins.az xəbər verir ki, ötən həftənin cümə günü “Turanbank” dolları 1,5800 manata alırdı, 1,7350 manata satırdı. Bu gün isə 1,6000 manata alıb, 1,7800 manata satır.
“NBC Bank” alışı 1,6000 manatdan 1,7000 manatadək, satışı 1,7000 manatdan 1,7900 manatadək bahalaşdırıb.
“Bank of Baku” da dolların alış və satış məzənnələrini yüksəldib. Fevralın 10-da alış 1,6000, satış 1,7400 manat idi. Bu gün isə dolların alışı 1,68, satışı 1,79 manatdır.
Həftəsonu dolları 1,6000 manata alan “Atabank” bu gün səhər 1,6500 manata alır. Satış məzənnəsi 1,7700 manatdır. Həftəsonu isə bu məzənnə 1,7350 manat idi.
Mənbə:> Fins.az