Dolları ən ucuz satan və ən baha alan banklar – SİYAHI
Dolların rəsmi məzənnəsi aşağı düşdükcə, banklar da alış və satış qiymətlərini aşağı salırlar.
Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, bu gün dolları ən aşağı qiymətə “Amrahbank” (1,6500 manata), “Azərbaycan Sənaye Bankı” (1,6500 manata), “DəmirBank” (1,6500 manata) və “Unibank” (1,6536 manata) satır.
Digər banklarda isə dolların satış qiyməti 1,66-1,69 manat arasında dəyişir.
Dolları ən baha qiymətə “Amrahbank” (1,6300 manata), “Bank of Baku” (1,6290 manata), “MuğanBank” (1,6290 manata), “DəmirBank” (1,6270 manata), “AtaBank” (1,6250 manata) alır.
Qeyd edək ki, bu gün dolların rəsmi məzənnəsi 1,6292 manat təşkil edir.
Mənbə:> Oxu.az