Banklar dolları bahalaşdırdı – QİYMƏTLƏR
4%-lik marjanın ləğv edilməsindən sonra banklar sərbəst məzənnə elan etməyə başlayıb.
Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, banklarda dolların satış məzənnəsi 1,89 manata çatıb. Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) orta çəkili məzənnəsindən 5,8%-ə yaxın yüksəkdir.
Hazırda 1 dolları “Unibank” 1,8900 manata, “Yapı Kredi Bank Azərbaycan” 1,8807 manata, “Kapital Bank” 1,8720 manata, “Bank Respublika” 1,8720 manata, “Bank of Baku” 1,8700-a, “Turanbank” 1,87 manata satır.
Qeyd edək ki, AMB İdarə Heyətinin 11 yanvar 2017-ci il tarixli qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı xarici valyutanın alış-satış məzənnənin rəsmi məzənnədən +-4% həddində tətbiq olunan kənarlaşma həddi 12 yanvar 2017-ci il tarixindən ləğv olunub.
Mənbə:> Oxu.az