Banklar dolları birdən ucuzlaşdırıb yavaş-yavaş bahalaşdırır...
Bu gün, fevralın 20-si kommersiya banklarında dolların bahalaşdığı qeydə alınıb. «Marja» xəbər verir, ötən həftənin son iş günü 1 dolları 1.74 manatdan alıb 1.84 manatdan satan «Ata Bank» fevralın 20-si dəyişikliyə gedib. Səhər saatlarında bank 1 dolları 1.76 manata alıb, 1.86 manata satıb.
«AmrahBank»ın isə dolların alış qiymətini 1.76 manatdan 1.78 manata, satış qiymətini isə 1.82 manatdan 1.83 manata qaldırdığı qeyd edilir.Xəbərdə qeyd edilir ki, əksər kommersiya banklarında dolların alış qiymət yüksəldilib.Sonuncu hərracda dolların qiymət cüzi bahalaşıb. Halbuki, son 2 həftədə 1 dollar 1 manat 92 qəpikdən 1 manat 72 qəpiyə düşmüşdü. Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, fevralın 20-də 1 dollar 1.7352 manata bərabərdir.
Qara bazarda isə bazar günü dolların alışı 1.83 AZN olub, bu gün isə bankların açıldığını nəzərə alan alverçilər məzənnəni endiriblər.
Mənbə:> Virtualaz.org