Bəzi banklarda dollar bahalaşıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Bəzi banklarda dollar bahalaşıb

Bəzi banklarda dollar bahalaşıb

Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərini bahalaşdırıb.

Fins.az xəbər verir ki, səhər saatlarından banklar 1 dolları 1,7200 manatdan baha alır, 1,7750 manatdan da yüksək satır.

Araşdırmaya əsasən, dünən “Bank BTB” dolları 1,7400 manata alıb 1,7800 manata satırdı. İndi isə alış 1,7450, satış isə 1,7900 manata bərabərdir.

“Günaybank” da qiymətləri bahalaşdırıb. Belə ki, hazırda bank dolları 1,7560 manata alır, 1,7800 manata satır. Dünən isə bu göstərici müvafiq olaraq 1,7540 və 1,7770 manat təşkil edib.
“AtaBank” yalnız satışı bahalaşdırıb: 1,7850-dən 1,7900 manatadək.

“Caspian Development Bank” isə alışı bahalaşdırıb, satışı ucuzlaşdırıb: alışı 1,7300 manatdan 1,7350-dək; satışı - 1,8000 manatdan 1,7950-dək.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *