Türkmənlər pullarını çıxarmaq üçün İstanbula axışır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Türkmənlər pullarını çıxarmaq üçün İstanbula axışır

Türkmənlər pullarını çıxarmaq üçün İstanbula axışır

İstanbulun qızğın ticarət və ucuz mehmanxanaları ilə tanınan, gediş-gəlişli mərkəzi Aksaray məhəlləsinin küçələrində son zamanlar onlarla Türkmənistan vətəndaşını görmək olar. Onlar bankomatların qarşısında növbəyə dayanırlar.

AzadlıqRadiosu-nun türkmən xidməti bildirir ki, Türkmənistdanda nağd valyuta mübadiləsinə rəsmi qadağa və ölkə banklarının nağd pul verilməsini məhdudlaşdırması ölkə vətəndaşlarını öz hesablarındakı pulları götürməkdən ötrü müxtəlif yollar axtarmağa vadar edir.

«Bu səbəbdən son zamanlar, özəlliklə də Aksaray rayonunda, günü-gündən daha çox Türkmənistan vətəndaşı İstanbulun bankomatlarının qarşısına toplaşır. Onlar hər hansı şəkildə öz pullarını götürməyə çalışırlar. Türkmənistan banklarındakı hesablarında olan pullarını nağdlaşdırmaqdan ötrü insanlar ölkədən kənara çıxmağa məcburdurlar. Bundan başqa, bir çoxları özləri ilə qızıl da aparırlar ki, onu satıb nağd pula çevirsinlər. Xaricə gedə bilməyənlərsə gedənlərdən xarici bankomatlarda onların da hesablarından pul çıxarmalarını xahiş etməli olurlar. Nəticədə bir çoxları çıxarılan məbləğin 10 faizə qədərini itirir. Bu faizlər xarici banklarda tranzaksiyaya görə komissiya, habelə vasitəçi xidmətlərinə görə ödəmələr kimi çıxılır», – deyə adının çəkilməsini istəməyən, Türkiyədə yaşayan bir Türkmənistan vətəndaşı bildirib.

Türkmənlər pullarını çıxarmaq üçün İstanbula axışır


Türkmənistanla Türkiyə arasında viza rejimi yoxdur. Buna görə də, Türkmənistan əhalisi arasında bu, ən populyar istiqamətdir. Türkmənlər təhsil, müalicə, istirahət və pul qazanmağa Türkiyəyə gedirlər. Bu ölkəyə gedən türkmənistanlıların dəqiq sayı barədə rəsmi məlumatlar açıqlanmır. Qeyri-leqal əmək miqrasiyası barədə də heç bir dəqiq bilgi yoxdur. Müstəqil informasiya mənbələri Türkiyədə qeyri-leqal qalan minlərlə insanın olduğunu bildirirlər.Türkmənistan hökuməti vətəndaşların həm ölkə xaricində, həm də ölkə daxilində apardıqları bank əməliyyatları və ümumilikdə, bank hesabları üzərində nəzarəti sərtləşdirməkdədir.

Bu ilin fevralında Türkmənistan Mərkəzi Bankının təyin etdiyi valyuta kursları ilə mübadiləsinə və xaricə köçürülməsinə icazə verilən pul vəsaitinin məbləği məhdudlaşdırılıb. Yeni məhdudiyyətlər əhalinin bütün təbəqələrinə təsir edib. Bu qaydalardan ilk növbədə sahibkarlar və xaricdə təhsil alan tələbələr əziyyət çəkirlər. Ölkə sərhədləri xaricində plastik kartlardan çıxarılmasına icazə verilən məbləğ sutkada 250 ABŞ dolları müəyyən edilib.

Türkmənlər pullarını çıxarmaq üçün İstanbula axışır


Hazırda Türkmənistanın milli banklarındakı hesablardakı pul vəsaitləri nağdlaşdırmaq hüququ yalnız ölkə xaricində oxuyan tələbələrə və xarici ölkələrdə kommersiya fəaliyyəti ilə məşğul olan sahibkarlara verilib. Martın sonlarında isə Türkmənistan bankları beynəlxalq plastik kartlarla onlayn hesablaşmaları dayandırıb.

AzadlıqRadiosu-nun Türkmənistandakı müxbirləri bildirirlər ki, hazırda dövlət müəssisələrinin işçilərinin əməkhaqlarının köçürülməsi aylarla gecikdirilir. Əhali əvvəlki kimi bankomatlardan nağd pul çıxarmaqda çətinlik çəkir. Ötən il ölkənin bank sahəsində əhalinin plastik kart hesablarına daxil olan pul vəsaitlərini, o cümlədən əməkhaqları, pensiya və sosial müavinətləri nağdlaşdırmasını məhdudlaşdıran bir sıra tədbirlər gerçəkləşdirilib.

Türkmənlər pullarını çıxarmaq üçün İstanbula axışır


Vətəndaşların pul vəsaitlərini nağdlaşdırmasına və bank sistemi vasitəsilə maliyyə əməliyyatları aparmasına qadağa və məhdudiyyətlərin səbəbləri barədə heç bir məlumat verilmir. Jurnalistlər ölkənin maliyyə qurumlarından rəsmi açıqlama ala bilmirlər.Qeyd edək ki, 2016-cı ilin əvvəlindən Türkmənistanda nağd valyuta mübadiləsi qadağan edilib. 2015-ci ilin yanvarında Türkmənistan Mərkəzi Bankının rəsmi məzənnəsi 1 ABŞ dollarına 3,5 türkmən manatı səviyyəsində müəyyən edilib. O vaxtdan "qara bazarda" 1 ABŞ dollarının dəyərinin təqribən iki dəfə yüksəldiyi bildirilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *