Türkmənistan bəzi malların gömrük rüsumlarını artırır
Türkmənistan 2015-ci ilin oktyabrın 1-dən ərzağın bəzi növlərinin idxalına gömrük rüsumlarını yüksəldir.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkmənistanın yerli KİV-i yazıb.
“Türkmənistana gətirilən və ölkədən çıxarılan malların bəzi növlərinə gömrük rüsumlarının artımı haqqında qətnamə hökumətin iclasında prezident Qurbanqulu Berdiməhəmmədov imzalayıb” - deyə, türkmən KİV-i qeyd edib.
Həm sənəddə gömrük rüsumları artırılmış malların siyahısı açıqlanıb:
Belə ki, bura ərzağın bəzi növləri, kolbasa məmulatları, meyvə-tərəvəz məhsulları, meyvə şirələri, alkoqoulsuz içkilər daxildir.
Prezident bildirib ki, bu qərar yerli mal istehsalçılarının, onların maraqlarının müdafiəsini və ölkəsində istehsal edilən məhsulun rəqabətə davamlılığının artımının stimullaşdırılmasına yönəldilib.
Bundan əlavə, Q. Berdiməhəmmədov onu da vurğulayıb ki, neftin qiymətinin düşməsi ilə əlaqədar Türkmənistan hökuməti idxalın optimallaşdırılması yollarını axtarır.
Mənbə:> Oxu.Az