Mərkəzi Bank dövriyyədəki nağd pulu nəzarətə götürdü » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Mərkəzi Bank dövriyyədəki nağd pulu nəzarətə götürdü

Mərkəzi Bank dövriyyədəki nağd pulu nəzarətə götürdü


Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədəki nağd pulu günlük nəzarətə götürüb.

AzNews.info Fins.az-a istinadən xəbər verir ki, artıq bütün kommersiya bankları hər günün sonunda bankda qalan pul qalıqları haqqında Mərkəzi Banka məlumat verəcəklər.

Mərkəzi Bank bununla bağlı kommersiya banklarına məktub göndərib. Məktubda deyilir ki, bu addım ölkənin nağd pula olan tələbatının effektiv planlaşdırılması, dövriyyədə olan nağd pul kütləsinin dəqiqləşdirilməsi məqsədi daşıyır.

AMB gələn həftənin əvvəlindən etibarən bu məlumatlar əsasında müvafiq qiymətləndirmə aparacaq. Mərkəzi Bank manat, dollar, avro və digər valyutaların günlük qalıq həcmi ilə nominallarının hesabatını da banklardan istəyib.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *