Dünya bazarlarında neftin qiyməti bahalaşıb
London və Nyu-York birjalarında keçirilən hərraclarda neftin qiyməti bahalaşıb.
Bu barədə Oxu.Az hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti bir barelə görə 0,42% artaraq 50,68 dollar təşkil edib.
Nyu-York birjasında WTI markalı neftin qiyməti 0,38% bahalaşaraq bir barel üçün 47,88 dollara bərabər olub.
Mənbə:> Oxu.Az