Azərbaycanda dərman preparatlarının qiymətləri əvvəlki səviyyəyə qaytarılıb
Azərbaycanda dərman preparatlarının qiymətləri əvvəlki səviyyəyə qaytarılıb.
AzNews.info xəbər verir ki, bunu Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bu gün dərman preparatlarının qiymətlərinin qalxması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, yayılan məlumatlara əlaqədar görülmüş tədbirlər nəticəsində dərman preparatlarının satış qiyməti əvvəlki səviyyəyə qaytarılıb.
A.Əlyev bildirib ki, istehlak bazarında nəzarət tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu gün “Avromed” və digər firmalar tərəfindən dərman preparatlarının satış qiymətinin 24 faiz bahalaşdırıldığı barədə məlumat yayılmışdı.
Mənbə:> Trend