Azərbaycandan Rusiyaya ixrac edilmiş ət geri qaytarılıb
Rusiyanın kənd təsərrüfatı mallarına dövlət nəzarəti xidmətinin (“Rosselxoznadzor”) Moskva və Tula vilayətləri üzrə idarəsinin müfəttişləri şirkətin xüsusi icazəsi omadığına görə Azərbaycandan gətirilən 3,8 ton əti geri qaytarıb.
Oxu.Az-ın riamo.ru saytına istinadən xəbərinə görə, bu barədə qurumun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Əti Rusiyaya ixrac edən şirkətin Azərbaycanda attestasiyadan keçmədiyi və ixracla bağlı xüsusi icazəyə malik olmadığı aşkarlanıb.
Yük sahibinə geri qaytarılıb.
Mənbə:> Oxu.Az