Qanunsuz ayrılmış torpaq sahələri geri qaytarılıb
Azərbaycanda qanunsuz ayrılmış 606 hektardan çox torpaq sahəsi geri qaytarılıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu barədə Prezident İlham Əliyevin oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqların nazirliyin kollegiyasında müzakirəsi və qurumun 9 ayda fəaliyyətinin yekunlarının təhlili zamanı bildirilib.
Qeyd olunub ki, bu ilin 9 ayında bələdiyyələrə inzibati nəzarət qaydasında 44 mindən çox bələdiyyə aktına baxılıb, bələdiyyələrin fəaliyyətində aşkar edilmiş cinayət xarakterli pozuntular, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar 40 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış 606 hektardan çox torpaq sahəsi geri qaytarılıb.
Mənbə:> Oxu.Az