Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Rəsmi

Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar

Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar

"Azərbaycan Beynəlxalq Bankında kadr islahatları davam etdirilir. Bankın menecment komandasına 3 yeni şəxs qoşulub".

Bankdan virtualaz.org-a verilən məlumata görə, Ülvi Qasımov ABB-nin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş Ü.Qasımov Bank sektorunda 2006-cı ildən fəaliyyət göstərir. Kreditləşmə fəaliyyəti sahəsində böyük təcrübəsi var. Son təyinata qədər “Unibank” ASC-də çalışıb. O, ABB-də korporativ bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.

Zamiq İsaoğlu da ABB-nin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb. Azərbaycan Dövlət İqtisad Universitetinin, Türkiyənin 9 Eylül Universitetinin və Mərmərə Universitetinin məzunu, iqtisad elmləri üzrə fəlsəfə doktoru olan Z.İsaoğlu 2010-cu ildən Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışıb. Son təyinata qədər “Azər-Türk-Bank” ASC-də daxili nəzarət meneceri olub. Audit və bank fəaliyyətinin digər bir sıra sahələri üzrə zəngin təcrübəyə malikdir. Z.İsaoğlu ABB-nin fəaliyyətinə korporativ idarəetmə istiqamətində dəstək göstərəcək.

Eldar Xəlilov isə Bankın İnsan resursları departamentinə karyera planlanması və işə qəbul meneceri olaraq təyin edilib. Azərbaycan Dövlət İqtisad Universiteti və Sankt-Peterburq Dövlət Texniki Universitetini bitirmiş Eldar Xəlilov 2010-cu ildən Azərbaycanın müxtəlif aparıcı şirkətlərində bu sahədə fəaliyyət göstərib. Son təyinata qədər “Paşa Bank” ASC-nin karyera planlanması və işə qəbul meneceri olub. ABB-yə bu sahədə müasir bilik və təcrübəyə malik peşəkar mütəxəssisin cəlbində məqsəd Bankda işə qəbulun tam şəffaf mexanizminin qurulması, vakant vəzifələrin tutulması üçün bütün namizədlərə bərabər imkanların yaradılmasıdır. Xatırladaq ki, artıq bu ilin fevralından ABB öz vakansiyalarını namizədlər üçün elan etməyə başlayıb.

“ABB-də digər maliyyə-təşkilati sağlamlaşdırma tədbirləri də intensiv şəkildə davam etdirilir. Bankın İdarə Heyətinin sədri Xalid Əhədovun rəhbərlik etdiyi idarəetmə komandasının qarşıya qoyduğu əsas hədəflər sağlamlaşdırma və restrukturizasiya prosesini qısa zamanda uğurla reallaşdırmaq, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanında Bankın fəaliyyəti ilə bağlı irəli sürülmüş vəzifələri yerinə yetirməkdir”, - deyə məlumatda vurğulanıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *