Nazir: Altı min insanın sosial rifahı yaxşılaşacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Nazir: Altı min insanın sosial rifahı yaxşılaşacaq

Nazir: Altı min insanın sosial rifahı yaxşılaşacaq


“Bu gün Azərbaycanda işsizlik səviyyəsi əksər ölkələrlə, eləcə də ayrı-ayrı inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır”.

Aznews.info APA-ya istinadən xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, işsizlik səviyyəsi İspaniyada 19,6%, Fransada 9,9%, Finlandiyada 8,8%, Xorvatiyada 12,8%, Belçikada 8%, Bolqarıstanda 7,7%, Danimarkada 6,2%, Latviyada 9,7%, Litvada 8%, Portuqaliyada 11,2%, Slovakiyada 9,7%, Sloveniyada 7,9%, İsveçdə 6,9%, Rumıniyada 6%, Niderlandda 6% təşkil etdiyi halda, Azərbaycanda 5% həddindədir.

Onun sözlərinə görə, dünya ölkələrinin 2015-ci il üzrə aidiyyəti statistik göstəricilərinin təhlili Azərbaycanın dünya üzrə ən aşağı yoxsulluq göstəricisinə malik az sayda ölkələr sırasında olduğunu deməyə əsas verir:

“Bu göstərici ölkəmizdə 5,9% səviyyəsində olduğu halda, məsələn, Macarıstanda 14,5%, Portuqaliyada 19,5%, Rumıniyada 25,4%, Latviyada 22,5%, Litvada 22,2%, Yunanıstanda 21,4% səviyyəsindədir.

Təkcə bu ilin yanvar ayında məşğulluq orqanlarının xətti ilə artıq 17 min 410 nəfər işsiz və işaxtaran şəxsin iş yerləri ilə təminatı həyata keçirilib.

Cari ildə prezidentin 7 aprel 2016-cı il tarixli sərəncamına uyğun olaraq, 103 nəfər işsiz və işaxtaran şəxs ailə təsərrüfatlarının qurulması üçün aktivlərlə təmin olunub.

Bu məqsədlər üçün Prezidentin Ehtiyat Fondundan 6 milyon manat ayrılıb. Həmin vəsait hesabına ölkə üzrə təqribən 1400-dən yuxarı ailənin özünüməşğulluq layihələrinə cəlb edilməsi təmin olunacaq.

Əgər hər ailədə orta hesabla 4-5 nəfər ailə üzvünün olduğunu nəzərə alsaq, bu proqram 6 mindən artıq insanın rifahında müsbət dəyişikliklərə imkan yaradacaq”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *