Bayram gəlməmiş bahalaşma başladı – VİDEO
Bayram süfrəsini çərəzlə bəzəmək istəyənlər indidən bazarlara üz tutublar.
AzNews.info Xəzər TV-yə istinadən xəbər verir ki, insanlar bayrama yaxın qiymətlərin artacağından narahat olduqlarından alış-verişə başlayıblar.
Vitrinlər bir-birindən fərqli çərəzlərlə dolub. Hərəsinin isə öz qiyməti var. Məsələn, Zaqatala, Xaçmaz və Qazaxdan gələn qabıqlı fındığın 1 kq-nın qiyməti 7-8 manat olduğu halda, ləpəsi 15-20 manata satılır. Qabıqlı qoz maksimum 13 manata satıldığı halda, ləpəsinin qiyməti 15-28 manat arasında dəyişir.
Kiloqramı 12 manata olan quru badam, 9 manata satılan alma qurusu, 14 manata turş gilas və çiyələk qurusuna da maraq böyükdür.
Kişmişin kiloqramı 6-10, qaysı 14-16, Albuxara 7, gavalı 12, alça 9 manata təklif olunur. Bayrama yaxın qiymətlərin artacağı da istisna edilmir.
Satıcılar Novruz bayramı üçün xarab olmayan ərzaqların indidən tədarükünü məsləhət görürlər.
Mənbə:> XəzərXəbər