Bakı pomidorunun kiloqramı 16 manata
İrkutsk vilayətinin sakinləri Bakıdan gələn və məhsulunun yığımı təzə başa çatmış pomidor və xiyarın “ceyran belinə çıxmış” qiymətlərinə təəccübləniblər.
Oxu.Az xəbər verir ki, pomidorun bir kiloqramının qiyməti üç kiloqram ətin qiyməti ilə eynidir – bu, əyalət mərkəzi üçün belə yüksək qiymətdir.
Qiymətlərin artmasının səbəblərini öyrənmək məqsədi ilə “İrkSib”in müxbiri fotoaparatını götürüb İrkutsk bazarlarına yollanıb.
SPAR supermarketlər şəbəkəsində Azərbaycandan gətirilən qırmızı pomidorun kiloqramı 750 rubla (12 manat), xiyar isə 600 rubla (10 manat) satışa çıxarılıb.
“Niyə belə bahadır?” sualına isə Baykalsk 244B-da yerləşən mağazanın əməkdaşı cavab verib:
“Yəqin orada düşünürlər ki, bu, onların ən yaxşı ərzaqlarıdır. Çin məhsulu alın, daha ucuzdur – 109 rubla”, qadın məsləhət görüb.
“Novıy” bazarında pomidorun qiyməti ümumiyyətlə, şokedici oldu, Bakı pomidorunun kiloqramı 990 rubla (16 manat) satılır.
Bu tərəvəzlərin qiymətlərinin belə artması sirr olaraq qaldı, amma bir şey aydındır, İrkutskun ərzaq mağazalarında idxal əvəzindən danışmaq lazım gəlmir.
Bazarın administrasiyasında satışda pomidorun qiymətinin niyə 990 rubla olduğunu “İrkSib”in müxbirinə izah edə bilməyiblər.
Mənbə:> Oxu.Az