Zibillikdən 120 kq-dan artıq xırda pul tapılıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Zibillikdən 120 kq-dan artıq xırda pul tapılıb

Zibillikdən 120 kq-dan artıq xırda pul tapılıb


Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda görülmüş işlər 2016-cı il ərzində çeşidləmə zavodunda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təhvil verilən tullantıların həcminə müvafiq olaraq 84 min 496,68 ton tullantı qəbul edilib.

Aznews.info APA-ya istinadən xəbər verir ki, bundan 51 min 977,20 ton orqanik (yararsız) tullantı ayrılaraq yerləşdirilməsi üçün Balaxanı poliqonuna göndərilib, qalan 32 min 519,48 ton tullantının çeşidlənməsi nəticəsində 6 min 424,77 ton xammal ayrılıb və təkrar emala yönəldilib. Ayrılan xammalın miqdarının artırılması üçün müvafiq tədbirlər görülür.

Bununla yanaşı, zavodda 2016-cı ildə çeşidləmə zamanı tapılmış müxtəlif sənədlər (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplom, hərbi bilet və s.) toplanılaraq Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna, müxtəlif nominalda tapılmış 120 kq-dan artıq xırda pul toplanılaraq Azərbaycan Mərkəzi Bankına təhvil verilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *